Türkiyə Kubokunun C qrupunun açılış matçında “Fənərbaxça” və “Beşiktaş” üz-üzə gəlib.
Sportinfo,az xəbər verir ki, gərgin keçən İstanbul derbisi qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 33-cü dəqiqədə “Beşiktaş”ın futbolçusu Vatslav Çerni açıb.
Meydan sahibləri 43-cü dəqiqədə Marko Asensionun penaltini dəqiq yerinə yetirməsi ilə tarazlığı bərpa etsələr də, qələbə topunu oyunun son saniyələrində yenidən Vatslav Çerni vurub.
90+1-ci dəqiqədə dublunu rəsmiləşdirən Çerni komandasına mühüm 3 xal qazandırıb.
Qeyd edək ki, bu nəticədən sonra turnirə qələbə ilə başlayan “Beşiktaş” növbəti turda, yanvarın 15-də “Ankara Keçiörəngücü”nü qəbul edəcək.
Yanvarın 14-də isə ilk oyunda məğlub olan “Fənərbaxça” səfərdə “Beyoğlu Yeni Çarşı”nın qonağı olacaq.
"Fənərbaxça" - "Beşiktaş" 1:2
Qollar: M.Asensio, 43(pen), - V.Çerni, 33, 90+1

