Futbolçuya silahlı hücum etdilər, indi vəziyyəti ağırdır - Borc mübahisəsi

01:30 Türkiyə 69
Futbolçuya silahlı hücum etdilər, indi vəziyyəti ağırdır - Borc mübahisəsi

Türkiyədə Kocaelinin İzmit rayonunda baş verən silahlı hücum nəticəsində üç nəfər yaralanıb.

Sportinfo.az xəbər verir ki, yaralananlardan biri də peşəkar futbolçu Uğurcan Bekçidir.

Hadisə iki qrup arasında borc mübahisəsi zəminində baş verib. U.Bekçinin qasıq nahiyəsindən yaralandığı və ciddi qan itirdiyi deyilir.

Qeyd edilib ki, xəstəxanaya çatdırılan futbolçunun ürəyi iki dəfə dayanıb. Onun müalicəsi hazırda reanimasiyada davam etdirilir.

Digər iki yaralının vəziyyəti stabildir. Hadisə ilə bağlı araşdırma davam edir.

U.Bekçi Kocaelidə “Kocaelispor” başda olmaqla, “Kağıtspor”, “Körfez”, “Kocaeli Güneşspor” və “Belediye Derincespor” komandalarının formasını geyinmiş cinah oyunçusudur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 03:10 Azərbaycanda 12:2