Türkiyə Super Liqasının yayım hüquqlarına sahib olan “BeIN Sports” telekanalının İstanbulun Ayazağa bölgəsində yerləşən binasına silahlı hücum baş verib.
Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, silahlı şəxs binaya daxil olub, dərhal polis əməkdaşları hadisə yerinə cəlb olunub.
Son məlumata görə silahlı şəxs polis tərəfindən saxlanılıb.
Bildirilib ki, şübhəli şəxs “BeIN Sports” əməkdaşlarından birinin həyat yoldaşıdır. İddialara görə, onun kanala hücum etməsinin səbəbi isə aparıcı Güntekin Onayın həyat yoldaşını təhqir etməsi olub.

