Klub prezidenti və onlar mərc oyunlarında iştiraka görə saxlanıldı - VİDEO

10:00 Türkiyə 130
Klub prezidenti və onlar mərc oyunlarında iştiraka görə saxlanıldı - VİDEO

Türkiyədə mərc oyunlarında iştirakda şübhəli bilinən 17 hakim, 1 klub prezidenti və bir neçə klub rəsmisi olmaqla 21 nəfər saxlanılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Onlardan 18-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, 2-si xaricdə, 1-i isə ünvanında olmayıb.

Hakimlər oyunları manipulyasiya etməkdə ittiham olunur.

Saxlanılanlar arasında “Eyüpspor” klubunun prezidenti Murat Özkaya, “Kasımpaşa”nın keçmiş sahibi Turqay Ciner və sabiq prezidenti Mehmet Fatih Saraç da var.

Bir neçə gün əvvəl Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu keçirdiyi mətbuat konfransında 571 aktiv hakimdən 371-nin mərc hesabının olduğunu, onlardan isə 152-nin aktiv mərc oynadığını açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti