“Fənərbaxça” PSJ ilə razılığa gəldi – Slovakiyalı müdafiəçini alırlar

19 İyul 22:00 Türkiyə 182
“Fənərbaxça” PSJ ilə razılığa gəldi – Slovakiyalı müdafiəçini alırlar

“Fənərbaxça” Slovakiya millisinin müdafiəçisi Milan Skrinyarın transferi üçün PSJ ilə razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

İstanbul klubu 30 yaşlı futbolçunun transferini tam şəkildə reallaşdıracaq. Skrinyar “Fənərbaxça” ilə 4 illik müqavilə imzalayacaq və hər mövsüm 7,5 milyon avro maaş alacaq.

Slovakiyalı oyunçu son mövsümün ikinci yarısını da “Fənərbaxça”da icarə əsasında keçirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!
19 İyul 03:40 O da evləndi - FOTOLAR