"Qalatasaray"dan illik 2,5 milyon avroluq maaş təklifi aldı

26 Oktyabr 2024 18:40 Türkiyə 2 790
"Qalatasaray"dan illik 2,5 milyon avroluq maaş təklifi aldı

"Fənərbaxça" ilə müqaviləsi mövsümün sonunda başa çatan Brayt Osayi-Samuel komandadan ayrılan bilər.

Sportinfo.az xəbər verir ki, nigeriyalı sağ cinah müdafiəçisi klubla yeni sözləşmə barədə razılıq əldə edə bilməyib.

Tərəflər maaş məsələsində anlaşa bilmir.

Osayi-Samuelin "Fənərbaxça"nın əzəli rəqibi "Qalatasaray"a keçmək ehtimalı var. Bu barədə futbolçunun meneceri Steven Bek klubu məlumatlandırıb.

O, "sarı-lacivərtlilər"in rəhbərliyinə "Qalatasaray"dan illik 2,5 milyon avroluq maaş təklifi aldıqlarını və müdafiəçinin bundan aşağı maaşla yeni sözləşmə imzalamayacağını bildirib.

"Fənərbaxça" Brayt Osayi-Samueli 2021-i ilin yanvar ayında QPR-dən transfer edib. 26 yaşlı arxa xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Osayi-Samuel'in menajeri Steven Beck, Fenerbahçe yönetimiyle son görüşmesinde indirim yapmayacağını iletti. “Galatasaray'dan teklif aldık. Bize 2.5 milyon Euro önerdiler. Bu nedenle isteğimizde indirim yapamayız.”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 18:10 Çək və bizə göndər!
16 Fevral 07:30 Onlar 2800 manat alacaq