"Qalatasaray" Vilfred Zahanı icarəyə verib.
Sportinfo.az xəbər verir ki, istanbul təmsilçisi 31 yaşlı hücumçunu "Lion"a göndərib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahili millisinin üzvü olan Zaha 2024/2025 mövsümünü Fransa klubunun heyətində keçirəcək. "Lion" afrikalı futbolçu üçün "sarı-qırmızılar"a 3 milyon avro icarə haqqı ödəyəcək.
Vilfred Zaha 2023-cü ilin yayından "Qalatasaray"da çıxış edir. Təcrübəli oyunçu Super Liqa nəhənginin heyətində meydana çıxdığı 43 rəsmi matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.