COP29

“Fənərbaxça” derbi öncəsi çağırış etdi: “Ədalətli olun“

24 Dekabr 2023 17:45 Türkiyə 357
“Fənərbaxça” derbi öncəsi çağırış etdi: “Ədalətli olun“

“Fənərbaxça”nın İdarə Heyətinin üzvü Can Gebetaş sabah “Qalatasaray”la oynayacaqları derbini idarə edəcək hakim heyətini ədalətli olmağa çağırıb.

Sportinfo.az xəbər verir ki, Gebetaş komandanın rəsmi internet saytından verilən açıqlamada “Qalatasaray”la matçlarının türk futbol tarixinin mərhələlərindən biri olduğunu xatırladıb.

Türk futbolunun çətin günlər keçirdiyini vurğulayan klub rəsmisi, “Mövsümün əvvəlindən bəri matçlarımızda hədsiz dərəcədə hakim səhvləri ilə qarşılaşdıq. Yenə də hər hansı hakim müdaxiləsi olmasa, bu matçda qalib gələcəyimizə ürəkdən inanırıq. matçın nəticəsinə təsir edir”,- deyə, əlavə edib.

“Türk futbolu kritikdir. Bunun başlıca səbəblərindən biri də hakim qərarlarıdır. Bu qərarlar birbaşa meydandakı oyuna birbaşa təsir edir”.

Gebetaş son günlər Türkiyə futbolunda baş verən qalmaqallı hadisələrə də münasibət bildirib.

“Son həftələrdə baş verənlər məhz bu səbəbdəndir. Əslində yaşadığımız problemlər təəssüf ki, ölkəmizi üstələyib və artıq bu barədə bütün dünyada danışılır.Dünyanın gözü bu derbidə olacaq. Hər kəs bu məsələdə öz üzərinə düşəni etməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq