COP29

Həvəskarlar liqasında hakimi döyüb bu hala saldılar - VİDEO+FOTOLAR

21 Dekabr 2023 10:20 Türkiyə 426
Həvəskarlar liqasında hakimi döyüb bu hala saldılar - VİDEO+FOTOLAR

Türkiyədə daha bir futbol hakimi döyülüb.

Sportinfo.az xəbər verir ki, hadisə həvəskarlar liqasında baş verib.

“Kumçatıspor” - “Cizrə Diclespor” matçında meydan sahiblərinin oyunçuları hakimə hücum edib. Onlar yan xətt hakimi Veysəl Samsakın üzünə zərbələr endirib və onun hakimin burnu qırılıb.

Klubun azarkeşləri isə rəqib futbolçuları döyüblər. Həmçinin “Cizre Diclespor”un avtobusuna hücum çəkiblər.

Bir müddət əvvəl Türkiyə Superliqasının 15-ci turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra birincilərin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.


Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq