"Zenit", "Marsel", "Renn" və "Lion" Yusufu heyətinə qatmaq istəyir

17 Dekabr 2023 20:40 Türkiyə 1 020
"Zenit", "Marsel", "Renn" və "Lion" Yusufu heyətinə qatmaq istəyir

“Adana Demirspor”un yarımmüdafiəçisi Yusuf Sarı karyerasını Rusiyada davam etdirə bilər.

SportİNFO.az xəbər verir ki, bu barədə Türkiyə klubunun prezidenti Murat Sancak məlumat verib.

O, Türkiyə mətbuatına açıqlamasında futbolçuya Rusiya, Fransa və İtaliyadan maraq olduğunu deyib.

Klub rəhbəri "Zenit", "Marsel", "Renn" və "Lion"un Yusufu heyətinə qatmağı planlaşdırdığını bildirib.

Bu mövsüm "Adana Demirspor"un heyətində 19 matça çıxan Sarı 2 qol vurub, 7 məhsuldar ötürmə verib. Onun Türkiyə millisində 4 oyun və 1 qolu var.

25 yaşlı futbolçu “Marsel”, “Klermon”, “Trabzonspor” və “Rizespor”da oynadıqdan sonra 2022-ci ildə Adana klubuna keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti