"Ondan və ailəsindən üzr istəyirəm" - Klub prezidenti istefa verdi

13 Dekabr 2023 15:20 Türkiyə 987
"Ondan və ailəsindən üzr istəyirəm" - Klub prezidenti istefa verdi

“Rizəspor”la keçirilən oyunda baş hakim Halil Umut Meleri yumruqla vuran “Ankaragücü”nün prezidenti Faruk Koca istefa verib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Faruk Koca hərəkərtnə görə üzr istəyib:

“Halil Umut Melerə qarşı etdiyimə görə ondan və ailəsindən, türk hakim camiyəsindən, idman ictimaiyyətindən və millətimizdən üzr istəyirəm”.

Faruk Koca hakim idarəçililiyindən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. Faruk Koca isə bu gün həbs olunub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"