Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada futbol üzrə Türkiyə Super Liqasının hesabat turundan sonra meydanda hakimin döyülməsinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Ankaragücü” - “Rizespor” matçından sonra baş hakim Halil Umut Melerə edilən hücumu pisləyirəm və ona tezliklə sağalmasını arzulayıram. İdman sülh və qardaşlıq deməkdir. Zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətə əsla icazə verməyəcəyik”, - deyə Erdoğan açıqlayıb.
Türkiyə Super Liqasının hesabat turunda “Ankaragücü” - “Rizespor” matçı (1:3) keçirilib.
Final fitindən sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca qarşılaşmanın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində ədalət təmsilçisi yerə yıxılıb və o, gözündən ciddi xəsarət alıb.

