"Məqsədim onun üzünə tüpürmək idi" - Hakimi vuran klub prezidenti

13 Dekabr 2023 01:40 Türkiyə 763
"Məqsədim onun üzünə tüpürmək idi" - Hakimi vuran klub prezidenti

Türkiyə Super Liqasının 15-ci turunun "Rizespor"la matçından sonra baş hakim Halil Umut Meleri yumruqla vuran "Ankaragücü" prezidenti Faruk Koca saxlanılıb.

Sportinfo.az xəbər verir ki, klub rəhbərinin yerli polisı verdiyi ifadə məlu olub. Koca hakimin üzünə tüpürmək istədiyini bildirib:

"Hakimin verdiyi yanlış qərarlar və təhrikedici davranışlara görə bu hadisə baş verdi. Mənim məqsədim hakimə sözlə etiraz etmək və üzünə tüpürmək idi.

Bu zaman ona şillə vurdum. Vurduğum şillə qırığa səbəb ola bilməz.

Şillədən 5-10 saniyə sonra Halil Umut Meler ayaq üstə dayandı, daha sonra özünü yerə atdı. Ürəyimdə problem olduğu üçün məni dərhal hadisə yerindən uzaqlaşdırdılar.

Bundan başqa heç bir hadisə haqda məlumatım yoxdur. Deyəcəklərim bu qədərdir".

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"