Ərdoğan döyülən hakimə zəng edib nə dedi? - VİDEO

13 Dekabr 2023 00:00 Türkiyə 842
Ərdoğan döyülən hakimə zəng edib nə dedi? - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ankaragücü” – “Rizespor” matçından sonra döyülən və xəstəxanaya yerləşdirilən hakim Halil Umut Melerə zəng edib.

Sportinfo.az xəbər verir ki, ölkə başçısı referiyə dəstəyini bildirib.

Ərdoğan Melerə hadisə ilə bağlı araşdırma aparılması üçün nazirlərə tapşırıq verdiyini söyləyib.

“Ankaragücü”nün prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub.

Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"