ŞOK! Klub prezidenti hakimi döydü və həbs olundu - VİDEO

12 Dekabr 2023 02:14 Türkiyə 827
ŞOK! Klub prezidenti hakimi döydü və həbs olundu - VİDEO

Türkiyə Super Liqasının hesabat turunda keçirilən “Ankaragücü” - “Rizespor” matçında (1:1) xoşagəlməz hadisələr yaşanıb.

Sportinfo.az xəbər verir ki, final fitindən sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olub.

O, gözlənilmədən qarşılaşmanın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində ədalət təmsilçisi yerə yıxılıb və o, gözündən ciddi xəsarət alıb.

Buna Kocanın baş hakimin idarəçiliyindən kəskin narazı qalması səbəb olub. Lakin klub rəsmisinin buna görə ağır cəza alması gözlənilir.

Hakimi təpikləyən Faruk Koca isə keçmiş deputatdır. Faruk Koca Ədalət və İnkişaf partiyasının qurucularından sayılır.

Baş hakimə hücum edən klub prezidenti Faruk Koca saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. Onun sözlərinə görə, hakimə hücumda iştirak edən K.C və Ş.Y.Ş adlı şəxslər də saxlanılıb.

Həmin anın görüntülərini təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti