"Fənərbaxça" icarəyə götürmək istəyir - Türkiyə millisinin müdafiəçisini

10 Dekabr 2023 01:40 Türkiyə 1 152
"Fənərbaxça" icarəyə götürmək istəyir - Türkiyə millisinin müdafiəçisini

"Fənərbaxça" qış fasiləsində müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Atletiko"da çıxış edən Çağıar Söyüncüdür.

"Fənərbaxça" Türkiyə millisinin üzvünü icarəyə götürmək istəyir. "Sarı-lacivərtlilər"in bu transferdə xeyli irəliləyiş əldə etdiyi bildirilir.

Çağlar Söyüncü "Lester Siti" ilə müqaviləsi bitdikdən sonra bu ilin yayında azad agent statusu ilə "Atletiko"ya keçib. 27 yaşlı mərkəz müdafiəçisi Madrid təmsilçisinin heyətində 5 rəsmi matçda cəmi 75 dəqiqə forma şansı qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"