Bu kanalın əməkdaşlarının stadiona girişinə qadağa qoyuldu - VİDEO

3 Dekabr 2023 03:00 Türkiyə 972
Bu kanalın əməkdaşlarının stadiona girişinə qadağa qoyuldu - VİDEO

“Fənərbaxça” “A Haber” və “A Spor”un stadiona girişinə qadağa qoyub.

Sportinfo.az xəbər verir ki, bu haqda klub açıqlama yayıb.

“A Spor” telekanalında şərh vermək adı altında şəxsi reklamını etməyə cəhd edən şəxs haqqında açıqlama vermək məcburiyyəti yaranıb.

Ozan Zeybek adlı şəxs bu gün ekranda göstərdiyi rəftarla həddini aşıb.

Şəxsi rəy çərçivəsində dəyərləndirə bilmədiyimiz və hüdudlarını tamamilə aşmış bu münasibətdən çıxış edərək cəmiyyətə bildirmək istərdik ki, eyni ekranlarda üzr istəməyincə, bu gündən etibarən aidiyyatı qurumun heç bir məsul şəxsini heç bir obyektimizə qəbul etməyəcəyik”, - açıqlamada qeyd olunub.

“A Spor” kanalında şərhçi olaraq “Fənərbaxça” və İsmayıl Kartalın gedişatını şərh edən Zeybek onları həm tənqid edib, həm də ələ salıb. Zeybekin şərhləri “Fənərbaxça” tərəfindən sərt qarşılanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu