Ulduz hücumçu Türkiyədə qəza törətdi – İçkili imiş

24 Noyabr 2023 21:20 Türkiyə 1 162
Ulduz hücumçu Türkiyədə qəza törətdi – İçkili imiş

"Adana Demirspor"un ulduzu Mario Balotelli qəza keçirib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu ölkəsi İtaliyada qəzaya düşüb. Hadisə Breşiya şəhərində baş verib.

Yerli polisin məlumatına görə, Balotelli xəsarət almayıb. Lakin o, çətinliklə yeriyib. Ulduz futbolçunun sərxoş olduğu bildirilir. İtaliya millisinin sabiq üzvü alkoqol testi verməkdən imtina edib.

Mario Balotelli cari mövsümdə "Adana Demirspor"un heyətində meydana çıxdığı 5 rəsmi matçda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"