"Məni ələ salırdılar, onunla görüşsəm, əlim, ayağım titrəyər" - FOTO

17 Noyabr 2023 08:20 Türkiyə 764
"Məni ələ salırdılar, onunla görüşsəm, əlim, ayağım titrəyər" - FOTO

Qadınlar Basketbol Super Liqası komandalarından olan "Antalya Toroslar"ın baş məşqçisi Türkiyədə "Dişi Fatih Terim" ləqəbi ilə məşhur olan Selen Erdem maraqlı ləqəbinin yaranma tarixindən və həyatındakı bəzi məqamlardan danışıb.

Səkkiz turdan sonra dörd qələbə və eyni sayda məğlubiyyətlə doqquzuncu pillədə qərarlaşan Antalya komandasını çalışdıran və liqada yeganə türk qadın baş məşqçi olan Erdem "Spor Arena"ya maraqlı müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, məlum videosundan sonra sosial şəbəkələrdə izləyicilərinin sayının artdığını deyib.

"İnanılmazdır, o günü təsvir edə bilmirəm. Menecerimiz mənə zəng edib dedi ki, video var, İnstaqramı aç, görərsən. İnstaqramı açıb gördüklərimi mən də anlaya bilmədim. Amma çox gözəl və həyəcanlı vaxt idi. Müsahibəmiz oldu. O müsahibədən sonra dostlarımız çəkiliş aparırdılar. Mənim də bundan xəbərim yox idi, tamamilə təbii halımdır. Videonu görəndə anladım ki, Fatih hoca ilə bir-birimizə çox oxşayırıq. Bilmirdim, amma videolar yayılanda gördüklərimə inanmadım. Həyatım birdən dəyişdi. İnstaqramda izləyicilərimin sayı iki min 300 nəfərdən 150 minə yüksəldi. İnsanlar şəkil çəkdirmək istəyirlər, tanımıram, utanıram. Təbii ki, həyəcanlı idim, amma heç vaxt işimə mane olmamalıyam. Buna görə xoşbəxtəm. Əvvəl dostlarım "Sən Fatih Terimə oxşayırsan" - deyib ələ salırdılar. Matçdan sonra tribunadakılar da məni müqayisə etdilər. Müsahibə zamanı "sizi müqayisə edənlər varmı" soruşanda, "Bəli, məni Fatih Terimlə müqayisə edirlər" cavabını verdim. Ləqbim belə yaranıb və bu nöqtəyə gəlib çatıb. Terimlə heç vaxt görüşməmişəm, amma onu sevərdim. Onunla rastlaşsaydım nə edərdim, bilmirəm. Həyəcandan əllərim, ayaqlarım titrəyərdi, amma onu çox istəyirəm. O, çox gözəl idmançıdır, necə heyran olmaya bilərəm? Ona baxanda, Fatih hoca nadir insanlardandır deyirəm".

Erdem müsahibəsində xarakterini, məşqlərə yanaşmasını da izah edib, hündürdaban ayaqqabı sevgisinin necə yarandığını deyib:

"Meydançaya addım atdığım andan etibarən tamamilə fərqli bir nizam-intizam işə düşür. Bu, əslində olmalı olduğum şəxsiyyətdir. Amma şəxsi həyatımda aqressiv insan deyiləm. Biznes sahəsində belə olmalıyam, qalib gəlməyi çox istəyirəm, bu məni aqressiv edir. 22 ildir məşqçilik edirəm, o vaxtdan beləyəm. 12 idmançım, iki köməkçim var. Liderliyimi qoruyub saxlamalıyam. Mən şəxsi həyatımda çox şirin, normal insanam. Uğurlu olmaq istəyiriksə, nizam-intizam hər şeydən önəmlidir. Uşaq olanda məşqə gedəndə idman kostyumu, şortik və köynək geyinirdik. Mən həmişə ciddi geyinməyə çalışırdım. Anam müəllimdir və o, hər gün fərqli kostyum geyinirdi. Sonra məşqçiliyə başladım. Mən meydançaya çıxanda dikdaban ayaqqabı geyinməyə qərar verdim. 2003-cü ildən meydançaya çıxdığım andan hündürdaban ayaqqabı geyinirəm. Heç vaxt yastı ayaqqabıya keçməmişəm".

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 21:40 Arda “Real”da qalacaq
24 Fevral 20:30 Laçından GÖZƏL VİDEO
24 Fevral 19:30 Çək və bizə göndər!
24 Fevral 16:40 Nəhayət, o, getdi…