Millimizin hücumçusu autsayderə qol vurmadı, uduzdular - Samsundan VİDEO

5 Noyabr 2023 00:50 Türkiyə 1 130
Millimizin hücumçusu autsayderə qol vurmadı, uduzdular - Samsundan VİDEO

Türkiyə Superliqasında 11-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" səfərdə autsayder "Samsunspor"la qarşılaşıb.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə oyuna çıxan Renat Dadaşov 88-ci dəqiqədə əvəzlənib.

"Hatayspor" 14 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Samsunspor" isə bu qələbə ilə 5 xalla sonuncu-20-ci pillədən 19-cu pilləyə yüksəlib.

Turnir cədvəlinə 31 xalla "Qalatasaray" başçılıq edir.

"Samsunspor - "Hatayspor" - 2:1
Qollar:
Ze, 36 (0:1), Kara, 77-pen. (1:1) Şindler 90+9 (2:1)

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"