.jpg)
Türkiyə Super Liqasının IX turunda İstanbul derbisi baş tutub.
Sportinfo.az xəbər verir ki, “Qalatasaray” öz meydanında “Beşiktaş”a qalib gəlib - 2:1.
Hesabı 26-cı dəqiqədə “sarı-qırmızılar”ın heyətində Mauro İkardi açıb. Dörd dəqiqə sonra “Beşiktaş” daha bir zərbə alıb.
Bu dəfə komandanın qapıçısı Mert Günok birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Lakin 69-cu dəqiqədə Aleks-Oksleyd Çemberleyn “qara qartal”ın bərabərlik qolunu vurub.
Bu, “Beşiktaş”a xal qazanmaq üçün kifayət etməyib. 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Mauro İkardi “Qalatasaray”a qələbə qazandırıb.
Xallarını 25-ə çatdıran “Qalatasaray” ən azı bir günlük zirvəyə yüksəlib. “Beşiktaş” 16 xalla dördüncüdür.