UEFA “Qalatasaray”ı cərimələdi – Davranışları xoşlarına gəlmədi

21 Oktyabr 2023 21:40 Türkiyə 824
UEFA “Qalatasaray”ı cərimələdi – Davranışları xoşlarına gəlmədi

UEFA “Qalatasaray”ı cərimələyib.

Sportinfo.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin Çempionlar Liqasının qrup mərhələsinin “Mançester Yunayted”lə matçındakı davranışları səbəb olub.

“Sarı-qırmızılar”ın fanatları meydana yad cisimlər atıb və pirotexniki vasitələrdən istifadə ediblər. Buna görə, UEFA klubu 51 min avro məbləğində cərimə edib.

“Mançester Yunayted” – “Qalatasaray” qarşılaşması qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"