
"Fənərbağça"nın baş məşqçisi İsmail Kartal Türkiyə Superliqasının IX turunda üz-üzə gələcəkləri "Hatayspor"un üç futbolçusunu xüsusi fərqləndirib.
Sportinfo.az xəbər verir ki, 62 yaşlı mütəxəssis yetirmələri ilə söhbətdə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov (2 qol), nigeriyalı yarımmüdafiəçi Fiyaso Dele-Başiru (4 qol, 3 məhsuldar ötürmə) və honduraslı yarımmüdafiəçi Riqoberto Rivasın (1 qol, 1 məhsuldar ötürmə) ölkələrinin milli komandalarında çıxış etdiyini və mövsümə yaxşı start verdiklərini bildirib.
İ.Kartal bu futbolçuların meydanda ciddi nəzarətdə saxlanılmasını tapşırıb.
Oktyabrın 22-də reallaşacaq "Fənərbağça" - "Hatayspor" görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.