Qonaq azarkeşlərə qoyulan qadağa ləğv edildi - İstanbul derbilərində

19 Oktyabr 2023 01:30 Türkiyə 700
Qonaq azarkeşlərə qoyulan qadağa ləğv edildi - İstanbul derbilərində

Türkiyə Superliqası çərçivəsində keçiriləcək İstanbul derbilərində qonaq komandaların azarkeşləri üçün qoyulan qadağa aradan qaldırılıb.

Sportinfo.az xəbər verir ki, bundan sonra “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” arasında keçiriləcək matçlarda komandaların səfər oyunlarında fanatları tribunalarda yer ala biləcək.

Superliqanın 9-cu turunda, oktyabrın 21-də “Qalatasaray” “Beşiktaş”ı qəbul edəcək. Bu oyunda “Beşiktaş” azarkeşləri tribunada ola biləcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"