Türkiyə futbolunu əzbər bilən tanınmış azərbaycanlı yazardan "BOMBA" KİMİ VİDEO!

16 Oktyabr 2023 16:00 Türkiyə 833
Türkiyə futbolunu əzbər bilən tanınmış azərbaycanlı yazardan "BOMBA" KİMİ VİDEO!

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində D qrupunun lideri Türkiyə millisi öz meydanında Latviya ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gələrək son turun nəticəsindən asılı olmayaraq, final mərhələsinə vəsiqə qazanıb.

Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərov buna şərh verib:

“Türkiyə millisinə Avro-2024-ün final mərhələsində uğurlar arzu edirik! Qrup mərhələsininin yekununda əgər hər üç komandanın xalı eyni olarsa, üçlü averaja baxılacaq.

Yəni, komandaların öz aralarında keçirəcəkləri matçlardakı xallar nəzərə alınacaq. Bu baxımdan Türkiyə millisi xorvatları qabaqladığına görə final mərhələsinə vəsiqəni daha erkən təmin edib.

Bu nailiyyəti italiyalı baş məşqçi Vinçenzo Montellaya bağlayırlar. Ən önəmli məqam heyət üzərində düzgün seçimlər edilməsidir.

O, futbolçuları psixoloji cəhətdən oyunlara yaxşı kökləmişdi. Ancaq Latviya ilə qarşılaşmanın ilk hissəsində çətinlik yarandı.

Səbəbi qonaqların topu rəqibə verib, topsuz oyuna keçmələr idi. Qonaqlar bu dəqiqələrdə üç-dörd real qol epizodu yaxaladı.

Bütün bunlara baxmayaraq, ikinci hissədə edilən dəyişikliklər özünü doğrultdu və böyükhesablı qalibiyyət əldə olundu”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti