UEFA “Fənərbaxça”nın baş məşqçisini cəzalandırdı - 1 dəqiqə gecikib

16 Oktyabr 2023 01:40 Türkiyə 619
UEFA “Fənərbaxça”nın baş məşqçisini cəzalandırdı - 1 dəqiqə gecikib

“Fənərbaxça”nın baş məşqçisi İsmayıl Kartal UEFA tərəfindən cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb İstanbul klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Nilderland) ilə oyunda (1:0) meydana gec çıxması olub.

Komandanın meydana nəzərdə tutulan vaxtdan bir dəqiqə gec çıxmasında baş məşqçinin məsuliyyət daşıdığı bildirilib. O, bir oyunluq şərti cəza alıb.

Sınaq müddəti isə bir il təyin edilib. İsmayıl Kartal 25 min avro cərimə də edilib. “Fənərbaxça” isə 28 min avro cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti