Azərbaycanlı forvard Superliqada həftənin rəmzi komandasında - FOTO

9 Oktyabr 2023 23:20 Türkiyə 910
Azərbaycanlı forvard Superliqada həftənin rəmzi komandasında - FOTO

"Hatayspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında VIII turun rəmzi komandasına düşüb.

Sportinfio.az xəbər verir ki, 24 yaşlı hücumçu "SofaScore" nəşrinin versiyasına əsasən "11-liy"ə daxil edilib.

Renat Dadaşov "Konyaspor"a 3:1 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub.

"SofaScore"yə görə həftənin rəmzi komandası

Qapıçı: Uğurcan Çakır ("Trabzonspor")

Müdafiəçilər: Uroş Radakoviç ("Ankaragücü"), Jerom Opoku ("Başakşehir"), Davinson Sançes ("Qalatasaray")

Yarımmüdafiəçilər: Gökcan Kaya ("Pendikspor"), Salih Uçan, Raşid Gezzal (hər ikisi "Beşiktaş"), Qarri Rodriges ("Ankaragücü")

Hücumçular: Renat Dadaşov ("Hatayspor"), Mauro İkardi ("Qalatasaray"), Edin Ceko ("Fənərbağça")

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"