“Onun transferi qanunidir!” – Prezident iddialara cavab verdi

8 Oktyabr 2023 00:20 Türkiyə 847
“Onun transferi qanunidir!” – Prezident iddialara cavab verdi

“Qalatasaray”ın prezidenti Dursun Özbək “Şaxtyor”un baş direktoru Sergey Palkinin komandanın vingeri Tetenin Türkiyə klubuna transferi sayəsində “Lion”un yersiz qazanc əldə etdiyi haqda sözlərinə cavab verib.

Sportinfo.az xəbər verir ki, Özbək, braziliyalı futbolçunun transferinin tamamilə qanuni olduğunu bildirib:

“Şaxtyor”dan açıqlama? Tetenin transferi ilə bağlı hüquqi cəhətdən müvafiq qurumlardan nəticə almışıq. Tetenin transferi qanunidir! Belə olmasaydı, Türkiyə Futbol Federasiyası onun oynamasına icazə verməzdi”.

“Lion” Teteni “Şaxtyor”dan icarəyə götürmüşdü. 2023-cü ilin yanvarında isə Fransa klubu braziliyalı futbolçunu “Lester”ə icarəyə vermişdi.

Mövsümün sonunda Tete Kiyevə gedib və daha sonra “Qalatasaray”a keçib. Baxmayaraq ki, onun klubla müqaviləsi ilin sonuna qədər qüvvədə idi.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"