"Mançester Siti"nin sahibləri Türkiyənin hansı klubunu satın almaq istəyir?

7 Oktyabr 2023 21:40 Türkiyə 764
"Mançester Siti"nin sahibləri Türkiyənin hansı klubunu satın almaq istəyir?

"Mançester Siti"nin də sahibi olan "Siti Futbol Qrupu" Türkiyədə klub almaq istəyir.

Sportinfo.az xəbər verir ki, qətərli iş adamları 2019/2020 mövsümündə çempion olmuş "Başakşehir"ə maraq göstərir.

Şirkət İstanbul klubunun səhmlərinin 40 faizini almaq üçün rəsmi təklif göndərib.

Tərəflər arasında danışıqlar prosesi davam edir.

"Siti Futbol Qrupu" "Mançester Siti" ilə yanaşı, "Boriussiya" (Münhenqladbax), "Nyuyork Siti", "Melburn Siti", "Yokohama Marines", "Montevideo Siti", "Jirona", "Sıçuan Jyunyu", "Mumbay Siti", "Lommel", "Esparens", "Palermo", "Bahia" və "Bolivar Siti"nin sahibidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti