“Ankaragücü” baş məşqçisi Tolunay Kafkası istefaya göndərib.
Sportinfo.az xəbər verir ki, 55 yaşlı mütəxəssislə rəhbərlik arasında baş tutan görüşündə belə bir qərar qəbul olunub.
İstefaya paytaxt komandasının ölkə çempionatının ilk 7 turunda uğursuz çıxış etməsi səbəb olub.
Son olaraq “Qalatasaray”a 1:2 hesabı ilə uduzan “Ankaragücü” 6 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

