COP29

"Fənərbaxça"nın kimi istəyirlər? - Avropa nəhəngləri

1 Oktyabr 2023 00:00 Türkiyə 580
"Fənərbaxça"nın kimi istəyirlər? - Avropa nəhəngləri

"Fənərbaxça"nın futbolçusu Fərdi Kadıoğlu karyerasını Avropanın TOP klublarından birində davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin xidmətində "Bavariya", Dortmund "Borussiya"sı və "Nyukasl" maraqlıdır. Bu barədə yerli media məlumat yayıb.

Adı çəkilən klublar mövsümün sonunda Türkiyə millisinin üzvü üçün "Fənərbaxça"ya rəsmi təklif göndərəcək. İstanbul klubu oyunçusunu 20 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

"Fənərbaxça" Fərdi Kadıoğlunu 2018-ci ilin yayında "Neymeqen"dən transfer edib.

Cari mövsümdə komandanın heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?