Türkiyə Superkuboku harada keçiriləcək – Azərbaycanda, yoxsa..?

27 Sentyabr 2023 09:20 Türkiyə 1 261
Türkiyə Superkuboku harada keçiriləcək – Azərbaycanda, yoxsa..?

Türkiyə Superkubokun harada keçiriləcəyi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi bu barədə yerli mətbuata məlumat verib.

Onun sözlərinə görə, Super Kubok oyunu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq. Qarşılaşma 30 dekabr tarixində baş tutacaq,

Super Kubok görüşündə ölkə Super Liqanın qalibi "Qalatasaray"la ölkə kubokunu qazanmış "Fənərbaxça" üz-üzə gələcək.

Bir müddət öncə Türkiyə mətbuatı qarşılaşmanın Azərbaycanda baş tutacağı barədə məlumat yaymışdı.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"