Türkiyə klubu tanınmış baş məşqçini istefaya göndərdi

26 Sentyabr 2023 21:40 Türkiyə 653
Türkiyə klubu tanınmış baş məşqçini istefaya göndərdi

Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, "İstanbulspor" Fatih Tekke ilə yollarını ayırıb.

46 yaşlı yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Fatih Tekke 2022-ci ilin oktyabr ayından "İstanbulspor"un baş məşqçisi postunda çalışırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti