MÜJDƏ: Türkiyə Super Liqasında azərbaycanlı hakimlər fit çalacaq

13 Sentyabr 2023 20:00 Türkiyə 1 526
MÜJDƏ: Türkiyə Super Liqasında azərbaycanlı hakimlər fit çalacaq

Azərbaycanlı hakimlər Türkiyə Super Liqasının oyunlarını idarə edə bilər.

Bu barədə Bakı Olimpiya Stadionunda AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek idman jurnalistləri üçün təşkil edilən seminarda deyib.

Türkiyəli mütəxəssis bu mövzu barədə müzakirələrin aparıldığını deyib.

Türkiyə Futbol Federasiyası ilə aparılan danışıqlar müsbət sonluqla başa çatsa, yaxın gələcəkdə azərbaycanlı hakimlər Super Liqanın, türkiyəli referilər isə Azərbay Premyer Liqasının oyunlarına təyinat alacaq.

Təbii ki, söhbət təkcə Türkiyədən getmir. Barış bəy adlarını açıqlamadığı digər ölkələrlə də bu yöndə danışıq apardıqlarını etiraf edib.

Yekun qərarın nə vaxt hasil olacağı haqda dəqiq məlumat yoxdur.

İstək baş tutsa, bu, Azərbaycan hakimliyinin inkişafına böyük təkan verəcək.

Super Liqanın, eləcə də Avropanın səs-küylü oyunlarında, məşhur futbolçuların ifasında keçirilən matçları idarə etmək ədalət təmsilçilərinin “artırması” üçün əla imkandır.

Azərbaycan hakimliyinin səviyyəsini göstərmək, bununla da UEFA-dakı məsul şəxslərin diqqətini çəkmək də həmçinin.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"