"Qalatasaray"da ayrılıq gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Fredrik Midtsyönü "Pendikspor"a satıb.
Son Türkiyə çempionu norveçli yarımmüdafiəçinin satışından 3 milyon avro gəlir əldə edib.
"Qalatasaray" Fredrik Midtsyönü ötən ilin yayında "AZ Alkmar"dan transfer etmişdi.
30 yaşlı orta xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

