“Qaziantep”in yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Marius Şumudika ilə razılıq əldə edilib.
52 yaşlı rumıniyalı mütəxəssis sentyabrın 7-də Qaziantepə gedərək, klubla son detalları müzakirə edəcək. O, bu postda Erdal Günəşi əvəzləyib.
Son olaraq Səudiyyə Ərəbistanında “Əl Raed”də işləyən Şumudika 2019-2021-ci illərdə də “Qaziantep”in “sükanı arxasında” olub.

