Ulduz futbolçu dünyanın ən bahalı avtomobilini aldı - FOTOLAR

6 Sentyabr 2023 07:50 Türkiyə 900
Ulduz futbolçu dünyanın ən bahalı avtomobilini aldı - FOTOLAR

“Qalatasaray”ın hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu hazırda cəmi üç nüsxədə istehsal olunan “Rolls-Royce” avtomobilini əldə edib.

Bu avtomobilin qiyməti 26 milyon avro olaraq qiymətləndirilir.

Deyilənlərə görə, avtomobilin üç nüsxəsindən biri mirvari hasilatı ilə zəngin olan bir sənayeçiyə, digəri Jay-Z və Beyonceyə, üçüncüsü isə Mauro İkardiyə satılıb.

Ötən mövsüm 30 yaşlı hücumçu Türkiyə Superliqasında 24 matçda iştirak edib, 22 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt”-ın verdiyi məlumata görə, futbolçunun bazar dəyəri 19 milyon avrodur.

ikardi-dunyanin-en-bahali-avtomobilini-aldi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti