Ermənistan ilə oyundan əvvəl Türkiyə millisinin heyətində dəyişiklik

6 Sentyabr 2023 00:00 Türkiyə 894
Ermənistan ilə oyundan əvvəl Türkiyə millisinin heyətində dəyişiklik

AVRO-2024-ün seçmə mərhələsində evdə Ermənistan yığması ilə üz-üzə gələcək Türkiyə millisinin heyətində dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, "Fənərbağça"dan cəlb olunan Umut Nayir zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək.

Hücumçunu "Qalatasaray"dan Halil Dərvişoğlu əvəzləyəcək.

Sentyabrın 8-də gerçəkləşəcək Türkiyə - Ermənistan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti