Türkiyə Super Liqasında mövsümün ilk baş məşqçi istefası

4 Sentyabr 2023 15:20 Türkiyə 793
Türkiyə Super Liqasında mövsümün ilk baş məşqçi istefası

Türkiyə Super Liqasında mövsümün ilk baş məşqçi istefası gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, "Başakşehir" Emre Belözoğlu ilə yollarını ayırıb.

43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Başakşehir" Super Liqada keçirdiyi dörd oyunun hamısında məğlub olub.

Emre Belözoğlu 2021-ci ilin sentyabr ayından Super Liqa təmsilçisini çalışdırırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti