"Qalatasaray" Antepdə 3 xalı 3 qolla qazandı - VİDEO

3 Sentyabr 2023 13:10 Türkiyə 831
"Qalatasaray" Antepdə 3 xalı 3 qolla qazandı - VİDEO

Türkiyə Super Liqasında 4-cü turun görüşləri davam edir.

Sportiifo.az xəbər verir ki, son çempion "Qalatasaray" səfərdə "Qaziantep"in qonağı olub.

Qarşılaşma İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 7-yə yüksəldən "Qalatasaray" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Bütün matçlarda məğlub olan "Qaziantep" isə sonuncu yerdədir.

"Qaziantep" - "Qalatasaray" 0:3

Qollar: Kerem Aktürkoğlu, 5, Mauro İkardi, 64, 73 (pen)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti