“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni “Qalatasaray”a keçməkdən imtina edib.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı amerikalı futbolçu Turin klubunda qalmaq niyyətindədir.
Komandanın baş məşqçisi Massimiliano Alleqri oyunçunu sağ cinah müdafiəçisinə çevirə bilər.
Makkenni 2022/23 mövsümünü icarə əsasında “Lids”də keçirib. O, İngiltərə klubunda 20 oyun keçirib və bir məhsuldar ötürmə edib.

