“Barselona”lı müdafiəçini icarəyə götürmək istəyir

29 Avqust 2023 01:30 Türkiyə 888
“Barselona”lı müdafiəçini icarəyə götürmək istəyir

"Beşiktaş" müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Barselona"da çıxış edən Klemen Lanqledir.

"Beşiktaş" Kataloniya təmsilçisinin heyətdə düşünmədiyi fransalı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürmək istəyir. "Barselona" bu təklifə isti yanaşır və 28 yaşlı arxa xətt oyunçusunu Türkiyəyə göndərməyin tərəfdarıdır.

Klemen Lanqle son mpvsümü icarə əsasında "Tottenhem"də keçirib. Onun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM