Ramos "Beşiktaş"a gəlməyəcək - Pul üstündə fikir ayrılığı

22 Avqust 2023 21:40 Türkiyə 905
Ramos "Beşiktaş"a gəlməyəcək - Pul üstündə fikir ayrılığı

"Beşiktaş"ın Serxio Ramosu transfer edəcəyi gözlənilsə də, bu baş tutmayacaq.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi ispaniyalı ilə uzun müddət idi danışıq aparırdı.

Lakin klub ispaniyalının istədiyi maaşı verə bilmədiyi üçün keçid reallaşmayacaq.

Ramosun adı həm də “Qalatasaray”la hallanırdı. Onun 2023/2024 mövsümünü Səudiyyə Ərəbistanında keçirəcəyi gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti