Müdafiə xəttini misirli yeni legionerlə gücləndirdi – İstanbul nəhəngi

17 Avqust 2023 12:20 Türkiyə 822
Müdafiə xəttini misirli yeni legionerlə gücləndirdi – İstanbul nəhəngi

“Fənərbaxça” müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Misirin “El Mokavlun” klubundan Omar Fayedi transfer edib.

“Fənərbaxça” 20 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Omar Fayed “El Mokavlun”un yetirməsidir. Misirli oyunçu əsas komandanın heyətində 29 rəsmi matçda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti