Türkiyə Superliqasında 1-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" mövsümə qələbə ilə başlayıb.
Şenol Günəşin komandası səfərdə “Fatih Karagümrük"ə 1:0 hesabı ilə qalib gəlib.
“Neftçi” ilk oyunda “Beşiktaş”a evdə 1:3 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 17-də İstanbulda keçiriləcək.
"Fatih Karagümrük" – "Beşiktaş" 0:1
Qol: J.Fernandes, 85

