"Neftçi" ilə matçdan əvvəl ingiltərəli ulduzu “rənglərinə bağladı”

15 Avqust 2023 02:20 Türkiyə 1 050
"Neftçi" ilə matçdan əvvəl ingiltərəli ulduzu “rənglərinə bağladı”

"Beşiktaş" "Liverpul"dan ayrılan Aleks-Oksleyd Çemberleni heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, "qara qartallar" yarımmüdafiəçi ilə iki illik müqavilə imzalayıb.

O, "Beşiktaş"da illik 2 milyon avro maaş alacaq.

Çemberlen karyerası ərzində "Sauthempton", "Arsenal"da oynayıb və 2012-2019-cu illərdə İngiltərə millisinin şərəfini qoruyub.

"Beşiktaş" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"ni ilk görüşdə 3:1 məğlub edib. Avqustun 17-də isə komandalar İstanbulda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM