Tanınmış türkiyəli hücumçu II Liqa klubu ilə müqavilə imzaladı

15 Avqust 2023 01:40 Türkiyə 597
Tanınmış türkiyəli hücumçu II Liqa klubu ilə müqavilə imzaladı

Türkiyə millisinin sabiq üzvü Umut Bulutun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı hücumçu karyerasını II Liqada (səviyyəcə III) davam etdirəcək.

Təcrübəli forvard "Sarıyer"ə keçib.

Ön xətt oyunçusu II Liqanın qrırmızı qrupunda mübarizə aparan klubla 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Umut Bulut karyerası ərzində "Ankaragücü", "İnegölspor", "Trabzonspor", "Tuluza", "Qalatasaray", "Kayserispor", "Yeni Malatyaspor" və "Eyüpspor"da çıxış edib.

O, Türkiyə yığmasının heyətində keçirdiyi 39 rəsmi matçda 10 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti