“Beşiktaş”ın yeni transferi Ante Rebiç Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək ilk oyunun start heyətində yer almayacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Kluba istinadən dərc edilən məqalədə bir neçə gün əvvəl “Milan”dan transfer olunan serbiyalı hücumçunun bugünkü qarşılaşmada ehtiyatda oturacağı vurğulanıb.
Baş məşqçi Şenol Günəş 30 yaşlı forvarda ikinci hissədə debüt etmək şansı verməyi planlaşdırır.
“Neftçi Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.

