"Mançester Yunayted"in müdafiəçisini istəyir - "Neftçi"nin yeni rəqibi

10 Avqust 2023 00:00 Türkiyə 746
"Mançester Yunayted"in müdafiəçisini istəyir -

Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"in müdafiəçisi Erik Bayinin xidmətində maraqlıdır.

"Qara qartallar"ın 29 yaşlı futbolçu ilə şəxsi şərtləri razılaşdırdığı bildirilir.

Fil Dişi Sahili millisinin üzvü İngiltərə klubundan ayrıla bilsə, "Beşiktaş"la müqavilə imzalayacaq.

"Mançester Yunayted" Erik Bayini 2016-cı ildə "Vilyarreal"dan 38 milyon avroya transfer edib. Təcrübəli mərkəz müdafiəçisi son mövsümü icarə əsasında "Marsel"də keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti