"Qalatasaray" növbəti transferini yekunlaşdırmaq üzrədir.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Şaxtyor"da çıxış edən Tetenin keçidini həll edib.
23 yaşlı vinger "sarı-qırmızılar"la bütün şərtləri razılaşdırıb.
Braziliyalı ön xətt oyunçusu artıq tibbi müayinədən keçib. Klub qısa zaman ərzində transferi açıqlayacaq.
Türkiyə mediasının yazdığına görə, futbolçu 4 illik müqaviləyə qol çəkəcək və onun illik maaşı 2,8 milyon avro təşkil edəcək.
"Şaxtyor" Teteni 2019-cu ilin yayında "Qremio"dan transfer edib. Braziliya U-23 millisinin üzvü son mövsümü icarə əsasında "Lester Siti"də keçirib.

